Bank Of Baku

Oqtay Əsədov “Aqo” qrupunun və Venesiya Komissiyasının rəhbərləri ilə görüşüb

Oqtay Əsədov “Aqo” qrupunun və Venesiya Komissiyasının rəhbərləri ilə görüşüb
# 04 oktyabr 2007 13:22 (UTC +04:00)
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirovun APA-nın Avropa bürosuna verdiyi məlumata görə, görüşdə Azərbaycanın Avropa Şurası, bu qurumun ayrı-ayrı strukturları, o cümlədən “Aqo” qrupu ilə əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edilib. O bildirib ki, “Aqo” qrupunun rəhbəri Azərbaycanda aparılan hüquqi islahatları yüksək qiymətləndirib: “Oqtay Əsədov da öz növbəsində yeni məhkəmələrin yaradılması haqda məlumat verdi. 2008-ci ildə keçiriləcək prezident seçkiləri və bu seçkilərə hazırlıq məsələləri də müzakirə olundu”. A. Nəsirov deyib ki, görülən işlər, həyata keçirilən islahatlar ona yönəlib ki, “Aqo” qrupu tərəfindən aparılan monitorinq dayandırılsın: “Azərbaycanda aparılan islahatlar, Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi AŞ və onun ayrı-ayrı strukturları tərəfindən yüksək qiymətləndirilir. Bu da təbii ki, monitorinqlərin azalmasına və dayanmasına gətirib çıxaracaq”. Görüşdə Venesiya Komissiyasının katibi Canni Bukikkio və Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyevin də iştirak etdiyini söyləyən A. Nəsirovun sözlərinə görə, tərəflər Azərbaycanla komissiyanın əməkdaşlığına da toxunublar: “Bilirsiniz ki, hazırda Seçki Məcəlləsi ilə bağlı danışıqlar gedir. Qanun layihəsi hazırlanmaq üzrədir və ola bilsin ki, təsdiqlənmək üçün Milli Məclisə təqdim olunsun”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR