Bank Of Baku

Qənirə Paşayeva Avropa Şurası Nazirlər Komitəsinin sədrinə iki sual ünvanlayıb

Qənirə Paşayeva Avropa Şurası Nazirlər Komitəsinin sədrinə iki sual ünvanlayıb
# 04 oktyabr 2007 13:38 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının bu gün keçirilən plenar iclasında qurumun Nazirlər Kabinetinin sədri, Serbiyanın xarici işlər naziri Vuk Jeremikin hesabatı dinlənilib. APA-nın Avropa bürosunun xəbərinə görə, V. Jeremik çıxışından sonra AŞPA üzvlərinin suallarını cavablandırıb. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva ona iki sual ünvanlayıb. İlk sual belə olub ki, AŞ NK 15 ildən artıqdır münaqişənin həlli yolunda heç bir addım atmayan, əksinə, atəşkəs rejimini mütəmadi pozub mülki Azərbaycan vətəndaşlarını snayperlərlə hədəfə alaraq qətlə yetirən Ermənistanın bu cür addımlarına hansı siyasi və hüquqi qiymət verə bilər? V. Jeremik bu sualı ümumi cavablandırıb. O bildirib ki, iyun ayında Q. Paşayevanın Dağlıq Qarabağda keçirilən seçkilərlə bağlı sualına cavabında bildirdiyi mövqeyi dəyişməyib. Qeyd edək ki, Ermənistanın Dağlıq Qarabağda keçirdiyi qondarma seçkilərlə bağlı suala cavabında V. Jeremik belə məsələlərin danışıqlar prosesinə yalnız zərbə vurduğunu və münaqişənin həlli prosesini irəli aparmadığını söyləmişdi.
Azərbaycanlı millət vəkilinin ikinci sualı AŞ-nin prinsiplərini pozan, qurumun digər üzvü Azərbaycanın 20% ərazilərini işğal edən, AŞPA-nın 1416 saylı qətnaməsini yerinə yetirməyən ölkəyə qarşı Nazirlər Komitəsinin nə üçün təzyiq mexanizmindən istifadə etməməsi ilə bağlı olub. V. Jeremik isə bu məsələnin ATƏT-in Minsk Qrupunun səlahiyyətində olduğunu söyləyib: “Hesab edirəm ki, indiki mərhələdə danışıqlar üçün alternativ, paralel struktur yaratmaq danışıqlara müsbət təsir etməz”. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR