Bank Of Baku

Seçici siyahıları yenidən dəqiqləşdiriləcək

Seçici siyahıları yenidən dəqiqləşdiriləcək
# 04 oktyabr 2007 13:56 (UTC +04:00)
2008-ci ilin yanvarından seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayacaqlar. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq aşağı seçki komissiyaları yerli icra hakimiyyəti orqanları və bələdiyyələrlə birlikdə seçici siyahılarını dəqiqləşdirəcəklər. Proses mayın sonuna kimi davam edəcək. Bundan başqa, prezident seçkilərinə 35 gün qalana kimi siyahılar yenidən dəqiqləşdiriləcək.
Qeyd edək ki, bu ilin əvvəlində aparılan dəqiqləşdirməyə görə, ölkə ərazisində 4 milyon 683 min 400 seçici var. Onların 2 milyon 275 min 803 nəfəri kişi, 2 milyon 407 min 597 nəfəri isə qadındır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR