Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının üzvləri ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüblər

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının üzvləri ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüblər
# 04 oktyabr 2007 14:25 (UTC +04:00)
Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının üzvləri ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero ilə görüşüblər. DUİ-dən APA-ya verilən məlumata görə, görüş zamanı qurumda təmsil olunan Klassik Xalq Cəbhəsi, Milli Demokrat və Azadlıq partiyalarının sədrləri cəmiyyətin demokratikləşməsi məsələsində bütün səylərin birləşdirilməsinin tərəfdarı olduqlarını X. Herreronun diqqətinə çatdırıblar. Partiya sədrləri ATƏT-in Bakı ofisinin Azərbaycanda yalnız bir neçə partiya ilə əməkdaşlıq etməsindən də narazılıqlarını bildiriblər. DUİ-nin ATƏT-in Bakı ofisi ilə əməkdaş etmək niyyəti X. Herrero tərəfindən müsbət dəyərləndirilib və belə görüşlərin əhəmiyyəti vurğulanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR