Bank Of Baku

Məmməd Əlizadə YAP-dan diqqət gözləyir

Məmməd Əlizadə YAP-dan diqqət gözləyir
# 04 oktyabr 2007 14:42 (UTC +04:00)
“Yeni Azərbaycan Partiyası və dövlətin müvafiq qurumları Heydər Əliyevin siyasi xəttini dəstəkləyən Məşvərət Məclisinin fəaliyyətinin genişlənməsində maraqlı olmalıdır. Amma Yeni Azərbaycan Partiyası Məşvərət Məclisinə daxil olan partiyalara müsbət münasibət bəsləmir”. Bu sözləri APA-ya açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə deyib. İqtidar partiyasından diqqət tələb edən M. Əlizadə “mən səni sevirəm, sən sevməsən də” prinsipini artıq qəbul etmədiklərini bildirib: “Birtərəfli sevgi olmaz. YAP Məşvərət Məclisinə daxil olan partiyalara qayğı ilə yanaşmalıdır. Quruma daxil olan 10 partiya bununla bağlı müzakirə aparıb. Ya həmin şəxslər bizim Heydər Əliyevin siyasətini müdafiə etməyimizi istəmirlər, ya da kənar düşüncələrə xidmət göstərirlər. Demokratik Azərbaycan Dünyası Partiyası Heydər Əliyevin siyasətini dəstəkləməyə davam edəcək, lakin fəaliyyətimizdə redaktə və korrektəyə ehtiyac duyulur”. M. Əlizadə prezident və YAP sədri İlham Əliyevə müraciət etməyi nəzərdə tutduqlarını da açıqlayıb. YAP icra katibinin müavini Mübariz Qurbanlı isə məsləyə münasibət bildirmək istəməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR