Bank Of Baku

Estoniya xarici işlər nazirinin Azərbaycana səfərinin vaxtı məlum olub

Estoniya xarici işlər nazirinin Azərbaycana səfərinin vaxtı məlum olub
# 04 oktyabr 2007 15:04 (UTC +04:00)
Oktyabrın 29-30-da Estoniyanın xarici işlər naziri Urmas Paet Azərbaycanda rəsmi səfərdə olacaq. Estoniya Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, ilk rəsmi səfər həm də tanışlıq xarakteri daşıyacaq. Keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərin inkişafı, Azərbaycanın Estoniyada, Estoniyanın isə Azərbaycanda səfirlik açması məsələsi diqqət mərkəzində olacaq. Naziri əsasən iş adamlarından ibarət böyük nümayəndə heyəti müşayiət edəcək. Səfər zamanı biznes-forumun keçirilməsi də nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR