Bank Of Baku

70 yaşlı AXCP fəalı 1 saylı Respublika Psixiatriya Xəstəxanasından evə buraxılıb

70 yaşlı AXCP fəalı 1 saylı Respublika Psixiatriya Xəstəxanasından evə buraxılıb
# 04 oktyabr 2007 15:19 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən Ə. İsmayılovun sözlərinə görə, xəstəxananın həkim komissiyası və psixoloq onu müayinədən keçirib və heç bir psixi xəstəliyinin olmadığını bildirərək azad ediblər. Ə. İsmayılov bildirib ki, həbsinə səbəb evinin divarının qəza vəziyyətində olması ilə bağlı ölkə prezidentinə, Milli Məclisə, ATƏT-in Bakı ofisinə və baş prokurora yazdığı müraciətdir: “Naxçıvan polis şöbəsində məndən tələb edirdilər ki, evimin divarının qəza vəziyyətində olması ilə bağlı müraciətimdən imtina edim. Amma mən bildirdim ki, tələblər yerinə yetməsə, geri çəkilməyəcəyəm. Gördülər ki, mümkün deyil, əvvəlcə həbsxanaya, sonra isə dəlixanaya saldılar. Məni sentyabrın 28-dək Naxçıvanda saxladılar, sonra Bakıya gətirib Maştağadakı dəlixanaya saldılar”. Ə. İsmayılov xəstəxanada hər hansı təzyiqlə üzləşmədiyini bildirib. O, Naxçıvana qayıtmaqdan ehtiyatlandığını da qeyd edib: “Çünki orada məni yenə də təzyiqlər gözləyir. Ona görə də mətbuatla, hüquq müdafiəçiləri ilə məsləhətləşəcəyəm. Məhkəməyə müraciət etmək barədə də fikirləşirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR