Bank Of Baku

MDB sammitində qurumun inkişaf konsepsiyası və onun həyata keçirilməsi üzrə tədbirlər planı qəbul olunacaq

MDB sammitində qurumun inkişaf konsepsiyası və onun həyata keçirilməsi üzrə tədbirlər planı qəbul olunacaq
# 05 oktyabr 2007 09:05 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin köməkçisi Sergey Prixodko jurnalistlərə açıqlamasında zirvə toplantısının gündəliyinə 20-dən çox məsələnin daxil edildiyini deyib. O bildirib ki, miqrasiya sahəsində əməkdaşlığın inkişafı da müzakirə ediləcək və MDB üzvlərinin bu sahədə razılaşdırılmış siyasətini ehtiva edən deklarasiya qəbul olunacaq. MDB məkanında təhlükəsizlik və qayda-qanunun təmin edilməsi probleminə də toxunulacağını söyləyən S. Prixodkonun sözlərinə görə, prezidentlər cinayət yolu ilə əldə olunmuş gəlirlərin leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı müqavilə layihəsini, tarixi əsərlərin oğurlanması ilə mübarizə və onların geri qaytarılmasına dair saziş layihəsini, 2008-2010-cu illərdə cinayətkarlıq, terrorçuluq, ekstremizm və zorakılığın digər təzahürləri ilə birgə mübarizə ilə bağlı dövlətlərarası proqramı, narkotik maddələr, psixotrop vasitələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlığa dair proqramı də nəzərdən keçirəcəklər. Rusiya prezidentinin köməkçisi təşkilati məsələlərə də baxılacağını, növbəti sammitin vaxtının və yerinin müəyyənləşdiriləcəyini açıqlayıb. MDB Dövlət Başçıları Şurasının növbəti sədrinin müəyyənləşdirilməsi nəzərdə tutulsa da, S. Prixodko bunun həssas məsələ olduğunu vurğulayıb. MDB-nin icra katibi ilə bağlı məsələdə də qeyri-müəyyənlik davam edir. İndiki sədr Vladimir Ruşaylonun səlahiyyət müddətinin başa çatdığını xatırladan S. Prixodko bu posta yeni namizəd irəli sürüləcəyini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR