Bank Of Baku

Azərbaycanın komitə sədri BMT-nin yüksək tribunasından Ermənistanın xarici işlər naziri Vardan Oskanyanı ikiüzlü adlandırıb

Azərbaycanın komitə sədri BMT-nin yüksək tribunasından Ermənistanın xarici işlər naziri Vardan Oskanyanı ikiüzlü adlandırıb
# 05 oktyabr 2007 09:16 (UTC +04:00)
H. Orucov tolerantlığı demokratik cəmiyyətlərin ən böyük nailiyyəti kimi qiymətləndirib, onlarla millətin, ən böyük konfessiya təmsilçilərinin Azərbaycanı ikinci vətəni hesab etdiklərini diqqətə çatdırıb. O buna misal kimi, 2600 ildir, Azərbaycanda rahat həyat tərzi sürən yəhudi icmasını göstərib. Lakin komitə sədri qloballaşma ilə eyni vaxtda bəzi dairələrin din pərdəsindən istifadə edərək, nifrət ideologiyası, irqi ayrı-seçkiliyi təbliğ etdiyini də vurğulayıb. H. Orucov ermənilərin azərbaycanlıların tarixi tolerantlıq keyfiyyətlərindən istifadə edərək, hiyləgərcəsinə ölkənin 20 faiz ərazisini işğal etdiyini diqqətə çatdırıb: “Erməni dövləti isə soyqırımı və etnik təmizləmə siyasəti aparır. Ermənilərin 20 il əvvəl işğal etdikləri Azərbaycan torpaqlarında 1 milyon azərbaycanlı yaşadığı halda, bu gün orada bir azərbaycanlı belə qalmayıb. Ermənistan dövlət səviyyəsində terrorizmə dəstək verən ölkədir”. Bu faktları əsas gətirən H. Orucov ondan əvvəl eyni tribunadan tolerantlıq haqqında danışan Ermənistan xarici işlər naziri Vardan Oskanyanı ikiüzlülükdə ittiham edib. Bundan əlavə, H. Orucov işğal olunmuş ərazilərdə azərbaycanlılara və digər xalqlara məxsus tarixi abidələrin vəhşicəsinə dağıldığını söyləyib. O, erməni işğalı altında olan ərazilərdə azərbaycanlılara məxsus abidələrin qorunması üçün beynəlxalq ictimaiyyətə müraciət edib. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR