Bank Of Baku

Avropa Şurasının Bakıdakı ofisində siyasi partiyaların görüşü keçirilib

Avropa Şurasının Bakıdakı ofisində siyasi partiyaların görüşü keçirilib
# 05 oktyabr 2007 10:20 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdə Müsavat, Demokrat, Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf, Demokratik İslahatlar, Açıq Cəmiyyət, Ədalət, Ümid, Milli Istiqlal və Böyük Quruluş partiyalarının nümayəndələri iştirak edib. Görüşdən sonra açıqlama verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, görüşdə yalnız dəyirmi masanın hazırlığı ilə bağlı müzakirə aparılıb: “Venesiya Komissiyası hakimiyyətlə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı müzakirələr aparır. Bu müzakirələr çərçivəsində digər siyasi partiyaların da bu prosesə cəlb olunması nəzərdə tutulur. Noyabrın 9-da bir sıra siyasi partiyaların və hakimiyyətin birgə görüşü keçiriləcək, qanuna ediləcək islahatlarla bağlı müzakirələr aparılacaq. Bu görüş də məhz həmin görüşə hazırlıq və məlumat xarakteri daşıyırdı”.
AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli bildirib ki, noyabrın 9-da keçiriləcək dəyirmi masa əsasında məruzə hazırlanıb parlamentə təqdim olunacaq: “İndiki görüşdə seçki komissiyalarının formalaşması ilə bağlı müəyyən fikir mübadiləsi aparıldı. Amma AŞ təmsilçilərinin bu fikirlərə də reaksiya ondan ibarət oldu ki, indiki halda bu, yalnız növbəti toplantı haqda məlumatlandırmaq xarakteri daşıyır və detallar növbəti görüşdə müzakirə ediləcək”. Q. Əlibəyli bildirib kim, görüşdə hökumətin və hakimiyyətyönlü partiyaların təmsilçiləri olmayıb: “Bizə bildirdilər ki, görüşə Yeni Azərbaycan, Ana Vətən və Sosial Rifah partiyaları da dəvət edilib. Amma onlar bu görüşü boykot ediblər. Görünür ki, hakimiyyət boykota meyllidir”.
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı isə APA-ya bildirib ki, sözügedən görüşdə bağlı onlara AŞ tərəfindən hər hansı dəvət gəlməyib. AŞ-nin Bakı ofisindən isə bildiriblər ki, keçirilən görüşlə bağlı bu gün rəsmi məlumat yayılacaq və bütün məsələlər burada öz əksini tapacaq. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR