Bank Of Baku

Qulamhüseyn Əlibəyli: “Müxalifət partiyalarının Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı vahid sənəd hazırlaması məqsədəuyğundur”

Qulamhüseyn Əlibəyli: “Müxalifət partiyalarının Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı vahid sənəd hazırlaması məqsədəuyğundur”
# 05 oktyabr 2007 11:12 (UTC +04:00)
“Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı müxalifət partiyalarının vahid mövqedən çıxış etməsinə ehtiyac var. Bunu siyasi partiyaların əksəriyyəti istəyir və noyabrın 9-na kimi vahid sənədin hazırlanması məqsədəuyğundur”. Bu açıqlamanı APA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli verib. Onun sözlərinə görə, vahid sənədin hazırlanması bütün siyasi qüvvələrin maraqları baxımından önəmlidir. Bu məsələdə hər hansı problem görmədiyini bildirən Q. Əlibəylinin sözlərinə görə, bu istiqamətdə cəhdləri intensivləşdirmək lazımdır: “Biz Məcəlləyə dəyişiklik istəyiriksə, vahid mövqedən çıxış etməyə siyasi iradəmiz varsa, görüşləri, məsləhətləşmələri intensivləşdirmək lazımdır. “Azadlıq“ blokunun bu məsələdə fərqli mövqeyi yoxdur. Biz layihəni təqdlim edəndə də bildirmişdik ki, müzakirələrə hazırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR