Bank Of Baku

Azərbaycan İslam Partiyası Ümumdünya Qüds Gününə həsr olunmuş tədbir keçirib

Azərbaycan İslam Partiyası Ümumdünya Qüds Gününə həsr olunmuş tədbir keçirib
# 05 oktyabr 2007 11:14 (UTC +04:00)
Azərbaycan İslam Partiyasının (AİP) təşəbbüsü ilə Ümumdünya Qüds Gününə həsr olunmuş tədbir keçirilib. APA-nın xəbərinə görə, AİP mətbuat xidmətinin rəhbəri Akif Heydərli bu günün tarixindən danışıb. A. Heydərli deyib ki, bu tarix 1979-cu ildən İmam Xomeyninin təşəbbüsü ilə Ümumdünya Qüds Günü kimi qeyd olunur və müsəlmanların rəmzi birliyini əks etdirir. AİP sədri Mövsüm Səmədov və AİP-in keçmiş sədri Hacı Hacıağa Nuri Qüds məsələsi ilə Qarabağ münaqişəsi arasında bağlılıq olduğunu bildiriblər: “Bütün müsəlmanlar birləşərək həm Qüdsü, həm də Qarabağı azad etməlidirlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR