Bank Of Baku

Azərbaycan və Tacikistan prezidentləri arasında görüş keçirilib

Azərbaycan və Tacikistan prezidentləri arasında görüş keçirilib
# 05 oktyabr 2007 11:23 (UTC +04:00)
APA-nın Tacikistan mənbələrinə istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan-Tacikistan münasibətləri, həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrinin geniş spektri müzakirə olunub. Ölkə başçıları qarşılıqlı səfərlərin nəticələrindən məmnunluqlarını bildirərək imzalanmış sənədlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Prezidentlər bəyan ediblər ki, səfərlər zamanı əsası qoyulmuş siyasi və hüquqi baza çoxtərəfli əməkdaşlığın gələcək inkişafı üçün istənilən nəticəni verəcək. İ. Əliyev və E. Rahmon ümidvar olduqlarını bildiriblər ki, əldə olunmuş razılaşmaların həyata keçirilməsi ticari-iqtisadi əlaqələrə yeni impuls verəcək, iki ölkə arasında mal dövriyyəsinin həcmi artacaq. Tərəflər həmçinin MDB sammitinin gündəliyini və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR