Bank Of Baku

Bu gün Düşənbədə MDB dövlət başçılarının növbəti sammiti keçiriləcək

Bu gün Düşənbədə MDB dövlət başçılarının növbəti sammiti keçiriləcək
# 05 oktyabr 2007 11:36 (UTC +04:00)
MDB Dövlət Başçıları Şurasına sədrlik edən Nursultan Nazarbayevin səlahiyyət müddəti bitdiyinə görə, bu posta yeni şəxs seçiləcək. Qeyri-rəsmi reqlamentə görə, quruma sammitin keçirildiyi ölkənin rəhbəri sədrlik etməli olsa da, Emomali Rəhmanın növbəti dövrdə MDB Dövlət Başçıları Şurasına sədr seçiləcəyi barədə rəsmi və qeyri-rəsmi heç bir məlumat yoxdur. Sammitdə həmçinin MDB İcraiyyə Komitəsi rəhbərinin dəyişdirilməsi məsələsi də müzakirə olunacaq. Vladimir Ruşaylonun səlahiyyət müddəti başa çatdığına görə, bu posta yeni namizədin irəli sürülməsi gözlənilir. Rusiya mətbuatı Moskvanın bu posta yenidən Vladimir Ruşaylo, yaxud Aleksandr Veşnyakovun namizədliyini irəli sürməyəcəyini yazır. Ümumilikdə, sammitin gündəliyinə 19 məsələnin müzakirəsi daxil edilib. Qeyd edək ki, MDB dövlət başçılarının sammiti ilk dəfədir ki, Tacikistanda keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR