Bank Of Baku

MSK üzvləri aşağı seçki komissiyalarının üzvlərinə mühazirə oxuyacaq

MSK üzvləri aşağı seçki komissiyalarının üzvlərinə mühazirə oxuyacaq
# 10 oktyabr 2007 14:58 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda iki məsələ müzakirə olunub. MSK-nın sədr müavini Svetlana Qasımova prezidentin Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında sərəncamının icrası ilə əlaqədar seçki komissiyalarının rəsmiləri üçün kursların keçirilməsi haqqında məlumat verib. Sədr müavini bildirib ki, dairə seçki komissiyaları dörd qrupa bölünərək kurslara cəlb ediləcəklər. Kurslara bütün məntəqə üzvləri də cəlb olunacaq və həmin şəxslərə MSK üzvləri tərəfindən mühazirələr oxunacaq. S. Qasımovanın sözlərinə görə, ilk mühazirə MSK sədri Məzahir Pənahov tərəfindən oktyabrın 16-da oxunacaq. İclasda həmçinin “Dairə Seçki Komissiyasının katibliyi haqqında” əsasnaməyə əlavə və dəyişikliklərlə bağlı məsələ müzakirə olunub. Bu barədə MSK-nın katibi Natiq Məmmədov məlumat verib. O bildirib ki, əsasnaməyə edilən dəyişikliklə DSK-larda katiblik ştatı yaranır. MSK sədri Məzahir Pənahov isə bundan sonra hər DSK-da 6 nəfərin çalışacağını bildirib. Müzakirələrdən sonra hər iki sənəd qəbul edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR