Bank Of Baku

Metyu Brayza: “Azərbaycan növbəti 10-15 il ərzində 50 milyard kubmetr qaz hasil edə bilər”

Metyu Brayza: “Azərbaycan növbəti 10-15 il ərzində 50 milyard kubmetr qaz hasil edə bilər”
# 10 oktyabr 2007 15:19 (UTC +04:00)
Bu barədə APA-ya Litvanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Kyastutis Kudzmanas məlumat verib. Forumda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Metyu Brayza çıxış edib. O, çıxışında Avropa ölkələrinin mavi qazla təminatının 25 faizinin Rusiyanın “Qazprom” şirkəti tərəfindən həyata keçirildiyini vurğulayıb. Türkiyə-Yunanıstan-İtaliya və Nabucco xətlərinin müsbət dəyərləndirən Metyu Brayza bu marşrutların gələcəkdə həlledici önəm daşıyacağını qeyd edib: “Bu marşrutların inkişafı heç də “Qazprom” şirkətinin bazarını daraltmaq məqsədi daşımır. Qeyd olunan nəql dəhlizləri yaxşı alternativ enerji mənbəyi olacaq. Bu, bizə “Qazprom”u siyasi təzyiq vasitəsi deyil, kommersiya tərəfdaşı kimi xarakterizə etməyə imkan verəcək. Nabucco kəməri Azərbaycan qazının Yunanıstana çatdırılmasını təmin edəcək. Biz əminik ki, Türkiyə-İtaliya-Yunanıstan kəmərini mavi yanacaqla təmin etmək və Nabucco layihəsinin ilkin mərhələsində təchizatı həyata keçirmək üçün təkcə Azərbaycanın kifayət qədər imkanları var”. Metyu Brayza hesab edir ki, Nabucco layihəsinin sonrakı mərhələlərində əlavə qaza ehtiyac olacaq və bu tələbatın İraq qazının hesabına ödənməsi mümkündür: “Azərbaycanın Avropaya qaz idxalı ilə bağlı perspektiv imkanları kifayət qədər genişdir. Bizim proqnozlara görə, Azərbaycan növbəti 10-15 il ərzində 50 milyard kubmetr qaz hasil edə bilər. Bunun 40 faizi daxili istifadə və Türkiyənin mavi yanacağa olan tələbatını ödəmək üçündür. Əgər 2020-ci ilə kimi Azərbaycan Avropa ölkələrini qalan 30 milyard kubmetr qazla təchiz edə bilərsə, biz Nabucco layihənin birinci mərhələsini reallaşdıra bilərik”. Brayza Baltikyanı ölkələrin alternativ enerji mənbəyi problemini Norveç qazı hesabına həll edə biləcəyini deyib: “Bu kimi məsələlərdə inhisarçılıq yox, rəqabət olmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR