Bank Of Baku

ATƏT sədri: “İslama qarşı qeyri-tolerant aktlara görə ATƏT üzvü olan ölkələrin hamısı məsuliyyət daşıyır”

ATƏT sədri: “İslama qarşı qeyri-tolerant aktlara görə ATƏT üzvü olan ölkələrin hamısı məsuliyyət daşıyır”
# 10 oktyabr 2007 15:25 (UTC +04:00)
İspaniyanın Kordoba şəhərində ATƏT təşkilatçılığı ilə islama qarşı diskriminasiya ilə mübarizəyə dair iki günlük konfransı başa çatıb. APA-nın məlumatına görə, konfransda çıxış edən ATƏT sədri, İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos islama qarşı diskriminasiya ilə mübarizənin genişləndirilməsi üçün açıq və şəffaf dialoqu vacib sayıb. O qeyd edib ki, ATƏT üzvü olan 56 ölkənin hamısı islama qarşı qeyri-tolerantlıq faktlarına görə məsuliyyət daşıyırlar: “Biz hamımız terror aktlarının qarşısını almağa cəhd göstərməliyik, lakin islamla terroru eyniləşdirmək olmaz”. Moratinosun sözlərinə görə, bu kimi problemlərin həllində ictimaiyyət nümayəndələri və siyasətçilər mühüm rol oynayır. Qeyd edək ki, konfransda Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR