Bank Of Baku

Məzahir Pənahov: “Siyasi partiyaların dövlətçiliyin inkişafında vahid mövqedən çıxış etməsi çox vacibdir”

Məzahir Pənahov: “Siyasi partiyaların dövlətçiliyin inkişafında vahid mövqedən çıxış etməsi çox vacibdir”
# 10 oktyabr 2007 15:50 (UTC +04:00)
“İndi siyasi partiyaların münasibətlərindəki gərginlik əvvəlki dövrlərlə müqayisədə normal vəziyyətdədir”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) sədri Məzahir Pənahov deyib. Bu vəziyyəti təqdirəlayiq adlandıran MSK sədri siyasi partiyaların dövlətçiliyin inkişafında vahid mövqedən çıxış etməsinin vacibliyini vurğulayıb. Siyasi partiyaların bu amil üzərində daha çox düşünməsindən sevindiyini deyən MSK sədri ümumi fəaliyyətin partiya prinsipləri üzərində qurulmasının vacib olduğunu deyib. Onun sözlərinə görə, noyabrda beynəlxalq təşkilatların iştirakı ilə keçiriləcək dəyirmi masalarda bütün siyasi partiyaların nümayəndələri iştirak edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR