Bank Of Baku

2008-ci ilin iyununda prezident seçkilərinin vaxtı elan olunacaq

2008-ci ilin iyununda prezident seçkilərinin vaxtı elan olunacaq
# 10 oktyabr 2007 15:50 (UTC +04:00)
2008-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı gələn ilin əvvəlindən başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsinə başlanılacaq. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bugünkü iclasında məlumat verib. MSK sədri qeyri-rəsmi səviyyədə də olsa, seçki prosesinə hazırlığın başlandığını bildirib: “Bu, prezident seçkilərinə rəsmi hazırlığın başlanması anlamına gəlməməlidir. Biz ümumiyyətlə, həmişə istənilən seçki prosesinə vaxtdan asılı olmayaraq hazırlaşırıq”. M. Pənahovun sözlərinə görə, 2008-ci il iyun ayının ortalarında prezident seçkilərinin vaxtı elan olunacaq. Həmin vaxta kimi seçki ilə bağlı təlimatlar və təqvim planı hazır olmalıdır. M. Pənahov bu məqsədlə MSK katibi Natiq Məmmədovun rəhbərliyi ilə 3 nəfərlik işçi qrupunun yaradıldığını bildirib. O, artıq 98 DSK-nın öz binasında fəaliyyət göstərdiyini də söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR