Bank Of Baku

Azərbaycan prezidenti İlham Əliyev Ukrayna və Polşa dövlət başçıları ilə təkbətək görüş keçirib

Azərbaycan prezidenti İlham Əliyev Ukrayna və Polşa dövlət başçıları ilə təkbətək görüş keçirib
# 11 oktyabr 2007 08:14 (UTC +04:00)
Litvanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Kyastutis Kudzmanasın APA-ya verdiyi məlumata görə, prezident Əliyev ilk öncə Ukrayna dövlət başçısı Viktor Yuşşenko ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlər, gələn il Yuşşenkonun Azərbaycana nəzərdə tutulan səfəri, Ukraynada keçirilən parlament seçkiləri, GUAM-ın inkişafı ətrafında müzakirələr aparılıb. Bundan başqa prezident İlham Əliyev Polşa prezidenti Lex Kaçinski ilə də görüşüb. Prezidentlər qarşılıqlı rəsmi səfərlərdən sonra ölkələr arasında əlaqələrin yüksək səviyyəyə çatdığını, regional təşkilatlar çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayıblar. Bundan başqa enerji təhlükəsizliyi və terrorizmə qarşı mübarizə sahəsində Azərbaycanla Polşanın əməkdaşlıq etməsi də vacib sayılıb. Bu gün prezident İlham Əliyevin Litva prezidenti Valdas Adamkusla görüşü planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR