Bank Of Baku

Vilnüsdə keçirilən enerji sammiti işini davam etdirir

Vilnüsdə keçirilən enerji sammiti işini davam etdirir
# 11 oktyabr 2007 08:29 (UTC +04:00)
Bu mövzuda Litva prezidenti Valdas Adamkusun məruzəsi dinləniləcək. Daha sonra Polşa prezidenti Lex Kaçinski “Krakov konfransı: növbəti addımlar”, Litvanın baş naziri Qyadiminas Kirkilas “Xəzər və Qara dəniz regionları arasında energetika sahəsində əməkdaşlığın inkişafı: enerji bazarının genişləndirilməsi məqsədilə” mövzularında çıxışlar edəcəklər. Azərbaycan prezidenti İlham Əliyev, Rumıniya prezidenti Trayan Basesku, Ukrayna prezidenti Viktor Yuşşenko, Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Savat Mınbayev, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Türkmənistan prezidenti yanında karbohidrogen resurslarının istifadəsi və idarə edilməsi Dövlət Agentliyinin icraçı direktoru Bayrammırat Mıradov ümumi mövzularda çıxış edəcəklər. Həmçinin forum çərçivəsində Avropa İttifaqının energetika komissarı Andris Piebalqsın sədrliyi ilə “Enerji təhlükəsizliyinə qlobal çağırışlar və Avropa İttifaqının xarici enerji siyasəti” mövzusunda plenar sessiya keçirilməsi nəzərdə tutulur. Sessiyada Latviya prezidenti Valdis Zatlers “Enerji adaları” probleminin həlli: Baltikyanı dövlətlər”, Estoniyanın baş naziri Andrus Ansip “Məqsəd - Baltik regionuna enerji daşıyıcılarının çatdırılmasının etibalılığıdır”, Çexiya baş nazirinin Avropa məsələləri üzrə müavini Aleksandr Vondra “Həmrəylik - Avropa İttifaqının enerji siyasətinin təməl daşı” mövzusunda çıxış edəcəklər. Sammitin yekunlarına dair mətbuat konfransı keçirilməsi nəzərdə tutulur. Bundan başqa Vilnüsdə enerji şirkətlərinin forumunun yekunlarına həsr olunmuş mətbuat konfransı da keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR