Bank Of Baku

VHP Əli Bayramlı şəhər təşkilatı özünü buraxıb

VHP Əli Bayramlı şəhər təşkilatı özünü buraxıb
# 11 oktyabr 2007 09:02 (UTC +04:00)
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Əli Bayramlı şəhər təşkilatı sədr başda olmaqla tam tərkibdə istefa verib. Bu barədə APA-nın Mil-Muğan bürosuna VHP-nin Əli Bayramlı şəhər təşkilatının keçmiş sədri Ağabəy Mirzəyev məlumat verib. Onun dediyinə görə, bir neçə gün öncə partiyanın 362 nəfər üzvü olan Əli Bayramlı şəhər təşkilatı tam tərkibdə buraxılıb. Buna səbəb A. Mirzəyevlə VHP sədri Sabir Rüstəmxanlı arasında olan maliyyə problemi olub. Partiyanın möhürü və sənədləri VHP qərargahına təhvil verilib. VHP sədri Sabir Rüstəmxanlı isə APA-ya açıqlamasında deyilənlərin həqiqətə uyğun olmadığını söyləyib: “Həmin adamın özü və oğlu partiyadan çıxıb. Bu isə şəhər təşkilatının buraxılması demək deyil. Digər tərəfdən, 362 nəfərin Ağabəy Mirzəyevin arxasınca partiyadan çıxması inandırıcı deyil. Oktyabrın 19-a qədər şəhər təşkilatında konfrans keçiriləcək və yeni sədr seçiləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR