Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan: “Qarabağ probleminin həlli istiqamətdə hər hansı addım atılmadan Ermənistanla sərhədləri açmağımız mümkün deyil”

Rəcəb Tayyib Ərdoğan: “Qarabağ probleminin həlli istiqamətdə hər hansı addım atılmadan Ermənistanla sərhədləri açmağımız mümkün deyil”
# 11 oktyabr 2007 09:31 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun xəbərinə görə, R. T. Ərdoğan bunu “CNN Türk” telekanalına müsahibəsində deyib. Ermənistanla əlaqələrin inkişafı və bu kontekstdə sərhədləri açmağı düşünüb-düşünmədikləri haqda sualı baş nazir belə cavablandırıb: “Yuxarı Qarabağ olayı var. Söhbət Ermənistanın işğalından gedir. Bunun işğal olduğunu artıq hər kəs etiraf edir və Ermənistanın oradan çəkilməsi tələb olunur. Bu istiqamətdə hər hansı addım atılmadan bizim sərhədləri açmağımız azərbaycanlıları incidər”. R. T. Ərdoğan Türkiyə ilə Azərbaycanın qardaşlıq əlaqələri ilə yanaşı, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars və digər layihələr üzrə əməkdaşlıq etdiyini və strateji tərəfdaş olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR