Bank Of Baku

Valdas Adamkus: “Avropa İttifaqı Xəzər və Qara dəniz regionu ölkələri ilə əməkdaşlığı genişləndirməlidir”

Valdas Adamkus: “Avropa İttifaqı Xəzər və Qara dəniz regionu ölkələri ilə əməkdaşlığı genişləndirməlidir”
# 11 oktyabr 2007 10:13 (UTC +04:00)
Litvanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Kyastutis Kurzmanasın APA-ya verdiyi məlumata görə, prezident Adamkus bu dialoqu vacib sayır: “Prezident bildirdi ki, Avropa İttifaqı etibarlı və müxtəlif enerji mənbələri, o cümlədən yeni resurslar və alternativ marşrutlar axtarmalı, xüsusilə enerji tərəfdaşlığının qarşılıqlı hörmək və qeyri-diskriminasiya əsasında qurulduğu ölkələrlə əməkdaşlığı genişləndirməlidir. Bu ölkələr ilk növbədə Qara dəniz və Xəzər regionu ölkələridir. Bu ölkələrlə əməkdaşlığı bundan sonra da genişləndirmək vacibdir”. Litva prezidenti qeyd edib ki, Avropa İttifaqı Rusiya ilə energetika sahəsində balanslaşdırılmış və açıq əməkdaşlıq dialoqu yolu tapmalıdır: “Rusiya Avropa İttifaqının mühüm enerji tərəfdaşı olub və olmaqda qalır. Biz Rusiyanı sammitə təkcə mühüm tərəfdaşımız olduğu üçün dəvət etməmişik. Biz inanırıq ki, uzunmüddətli və etibarlı razılaşmalar Vilnüs, Brüssel və ya Kremldə bağlı qapılar arxasında deyil, açıq dialoq yolu ilə əldə olunur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR