Bank Of Baku

Mahmud Əhmədinejad: “Xəzər hövzəsinin sülh və dostluq zonasına çevrilməsi onun bölünməsindən daha vacibdir”

Mahmud Əhmədinejad: “Xəzər hövzəsinin sülh və dostluq zonasına çevrilməsi onun bölünməsindən daha vacibdir”
# 11 oktyabr 2007 10:23 (UTC +04:00)
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri gələn həftə Xəzəryanı ölkələrin Tehranda keçiriləcək sammiti ərəfəsində rusiyalı jurnalistlərə açıqlamasında İran prezidenti Mahmud Əhmədinejad deyib. Onun fikrincə, status probleminin həlli üçün elə bir yol tapılmalıdır ki, dostluq və qardaşlıq münasibətləri daha da möhkəmlənsin. Dənizin bölünməsi ilə bağlı meyarlar və formulların mövcud olduğunu söyləyən M. Əhmədinejad artıq qarşılıqlı anlayış əldə olunması istiqamətində ilk addımların atıldığını vurğulayıb. İran dövlət başçısı ümid etdiyini bildirib ki, prezidentlərin görüşündə daha ciddi razılıqlar əldə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR