Bank Of Baku

Tiflisdə “Cənubi Qafqazda KİV-lərin özünütənzimləməsi” mövzusunda IV Cənubi Qafqaz konfransı öz işinə başlayıb

Tiflisdə “Cənubi Qafqazda KİV-lərin özünütənzimləməsi” mövzusunda IV Cənubi Qafqaz konfransı öz işinə başlayıb
# 11 oktyabr 2007 10:52 (UTC +04:00)
APA-nın konfransda iştirak edən əməkdaşının verdiyi məlumata görə, tədbirdə Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Fransa, Rusiya və Bolqarıstandan olan KİV nümayəndələri, ekspertlər iştirak edir. Konfransda KİV-lərin müstəqil və güclü olması üçün hakimiyyətlərin onların işinə qarışmamasının zəruriliyi vurğulanıb. ATƏT-in KİV Azadlığı Bürosunun nümayəndəsi KİV-lərin etik kodeksinin qəbul olunmasının vacibliyindən söz açıb, bu işdə qabaqcıl dünya ölkələrinin təcrübəsindən bəhrələnməyi tövsiyə edib. Bolqarıstan KİV-lərin İnkişafı Mərkəzinin direktoru ölkəsində tətbiq olunan müvafiq təcrübədən danışıb, Cənubi Qafqaz və Şərqi Avropa ölkələrində KİV-lərin vəziyyətini müqayisə edib.
Türkiyənin “Sabah” qəzetinin Ombudsmanı Yavuz Baydar bildirib ki, hazırda ölkəsində 5 qəzet və 1 jurnal ombudsmanı fəaliyyət göstərir: “Onlardan biri qadındır”. Tədbirdə iştirak edən erməni jurnalist Hrant Dinkin qətlinə Y. Baydarın münasibətini soruşub. Bu hadisəyə Türkiyə cəmiyyətinin sərt reaksiyasını xatırladan Y. Baydar jurnalistlərin birlik nümayiş etdirdiyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR