Bank Of Baku

Ermənistan azərbaycanlılarının deportasiyasına və soyqırımına həsr olunan dəyirmi masa keçirilib

Ermənistan azərbaycanlılarının deportasiyasına və soyqırımına həsr olunan dəyirmi masa keçirilib
# 11 oktyabr 2007 11:53 (UTC +04:00)
“Deportasiya olunmuş şəxslərə kömək” İctimai Birliyi Ermənistan azərbaycanlılarının deportasiyasına və soyqırımına həsr olunan dəyirmi masa keçirib. APA-nın məlumatına görə, birliyin sədri Hafiz Təmirov bildirib ki, bu mövzuda elmi əsərlərə və xarici dillərdə kitabların nəşrinə ehtiyac var. O, Azərbaycan cəmiyyətinin də bununla bağlı məlumatlandırılmasına ehtiyac olduğunu söyləyib: “Azərbaycanlıların Ermənistandan deportasiya edilməsi insan haqları ilə bağlı beynəlxalq konvensiyaların pozulmasıdır. Ermənistandan məcburi şəkildə köçürülən azərbaycanlıların sıx yaşadıqları bölgələrdə deportasiyanı özündə əks etdirən abidələr qoyulmalıdır. Bununla biz Azərbaycan gəncliyini düzgün istiqamətdə maarifləndirə bilərik”. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə şöbəsinin müdir müavini Sücəddin Abdullayev isə azərbaycanlıların deportasiya tarixinin məktəblərdə tədrisinə ehtiyac olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR