Bank Of Baku

Səfir Hüseyn Avni Karslıoğlu ABŞ konqresmenlərinin Türkiyə ilə dostluğa xəncər sapladığını bildirib

Səfir Hüseyn Avni Karslıoğlu ABŞ konqresmenlərinin Türkiyə ilə dostluğa xəncər sapladığını bildirib
# 11 oktyabr 2007 11:59 (UTC +04:00)
“ABŞ-da uydurma “erməni soyqırımı” haqqında qərar layihəsinin qəbulu Türkiyə ilə dostluğa xəncər saplamaqdır. Belə bir qərarın ermənilərə də faydası olmayacaq”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu deyib. O, Türkiyə ilə ABŞ arasındakı əlaqələrin bundan sonra necə inkişaf edəcəyinə də münasibət bildirib: “İki ölkə arasındakı əlaqələrin inkişafını hökumət müəyyən edir. Amma əlaqələri pisləşdirməyin, hər iki ölkəyə böyük zərər verə biləcək hala gətirməyin kimə sərf etdiyini başa düşə bilmirəm. Bu bir gerçəklikdir ki, bütün bunların ermənilərə də faydası olmayacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR