Bank Of Baku

GUAM ölkələri gənclər təşkilatlarının nümayəndələri Qubadakı kütləvi məzarlığa baş çəkiblər

GUAM ölkələri gənclər təşkilatlarının nümayəndələri Qubadakı kütləvi məzarlığa baş çəkiblər
# 11 oktyabr 2007 12:09 (UTC +04:00)
Oktyabrın 11-də “GUAM ölkələrinin gənclər günü” çərçivəsində Azərbaycana gələn nümayəndələr Quba şəhərindəki aşkarlanmış kütləvi məzarlığa baş çəkiblər. Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Abidovun APA-nın şimal bürosuna bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba ekspedisiyasının rəhbərliyi Moldova, Ukrayna, Gürcüstan və Azərbaycanı təmsil edən 80 nəfərlik nümayəndəyə məzarlığın tarixi, 1918-ci ildə Qubada azərbaycanlıların ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi, məzarlıqda görülən işlər və qonaqları maraqlandıran digər məsələlər haqqında məlumat veriblər. GUAM ölkələrini təmsil edən gənclər gördüklərindən və eşitdiklərindən sarsıldıqlarını, bu barədə öz ölkələrində informasiyalar yayacaqlarını deyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR