Bank Of Baku

Seçki Məcəlləsinin təkmilləşdirilməsinə həsr olunan dəyirmi masa keçirilib

Seçki Məcəlləsinin təkmilləşdirilməsinə həsr olunan dəyirmi masa keçirilib
# 11 oktyabr 2007 14:00 (UTC +04:00)
Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında Demokratiya Uğrunda İttifaqın (DUİ) təşəbbüsü ilə Seçki Məcəlləsinin təkmilləşdirilməsinə həsr olunan dəyirmi masa keçirilib. KXCP-dən APA-ya verilən məlumata görə, 10-dan artıq müxalifət partiyasının və siyasi blokların iştirak etdiyi toplantıda Seçki Məcəlləsinin təkmilləşdirilməsinə ilə bağlı paketin vahid variantda tərtib olunmasının vacibliyini nəzərə alaraq, işçi qrup yaradılıb. Tədbirdə vahid təkliflər paketinin hazırlanması üçün müzakirələrin və əməkdaşlığın davam etdirilməsi razılaşdırılıb. Bu məqsədlə oktyabrın 17-də KXCP-nin qərargahında işçi qrupun növbəti toplantısının keçirilməsi qərara alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR