Bank Of Baku

Azərbaycanın Sumqayıt şəhərində keçirilən əməliyyatda terror törətməyə hazırlaşmaqda şübhəli bilinən ərəb axtarılır

Azərbaycanın Sumqayıt şəhərində keçirilən əməliyyatda terror törətməyə hazırlaşmaqda şübhəli bilinən ərəb axtarılır
# 11 oktyabr 2007 14:18 (UTC +04:00)
APA-nın hüquq-mühafizə orqanlarındakı mənbələrdən əldə etdiyi məlumata görə, MTN-nin və Sumqayıt Polis İdarəsinin əməkdaşlarının birgə əməliyyatları Azərbaycanda terror törətməyə hazırlaşmaqda şübhəli bilinən ərəb əsilli bir nəfərin axtarışı ilə bağlıdır. Axtarış əsasən əhalinin sıx olduğu yerlərdə - avtovağzal, dayanacaqlar, bazarlarda aparılır. Artıq ərəb əsilli vətəndaşın şəkli əməliyyatçılara paylanıb. Onun tək olduğu ehtimal edilir.
Hələlik həmin şəxsin terror aktı törətməyə cəhd etdiyi obyektlərin adı açıqlanmır, məramı-məqsəd məlum deyil. Əməliyyat oktyabrın 10-da saat 21.30-dan, hüquq-mühafizə orqanlarına məlumat daxil olduğu andan başlanıb. Eyni zamanda araşdırma aparılır, materiallar toplanması davam etdirilir.
Hüquq-mühafizə orqanlarındakı mənbə terror aktı törətməkdə şübhəli bilinən şəxsin 17-ci mikrorayonda yerləşən “Ərəb məscidi” ilə bağlılığının yalnız əhali arasında yayılan şayiə olduğunu bildirib: “Görünür, məscidin adının xalq arasında “ərəb məscidi” kimi tanınması belə şayiəyə səbəb olub”.
APA-nın hazırda Sumqayıtda olan əməkdaşı “Ərəb məscidi”nə baş çəkib. Məlum olub ki, məscid hazırda fəaliyyət göstərmir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə APA-ya bildirilib ki, “Ərəb məscidi” bir neçə il əvvəl vəhhabiliyin təbliği ilə məşğul olduğu üçün fəaliyyəti dayandırılıb: “Bu məscid ərəblər tərəfindən inşa edilib. Hazırda bu məscid fəaliyyət göstərmir”.
Milli Təhlükəsizlik Nazirliyi əməliyyat barədə hələlik məlumat vermir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR