Bank Of Baku

Azərbaycanın siyasi partiyaları ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qərarını pisləyib

Azərbaycanın siyasi partiyaları ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qərarını pisləyib
# 11 oktyabr 2007 15:22 (UTC +04:00)
“ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı qətnamənin qəbulu ABŞ-Türkiyə və ABŞ-Azərbaycan əlaqələrinə xələl gətirə bilər”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O bildirib ki, Müsavat Partiyası bu qətnamənin Konqresdə qəbul olunmayacağına ümid edir: “Hesab edirik ki, ABŞ-da bunu başa düşən insanlar az deyil”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bu prosesin mənfi sonluqla nəticələnə biləcəyini söyləyib: “Müsəlman dünyası ilə ABŞ-ın münasibətləri isti deyil. Bu hadisə müsəlman və türk dünyası ilə ABŞ-ın əlaqələrini daha da korlaya bilər. ABŞ olmayan tarixi hadisələrlə bağlı belə mövqe nümayiş etdirməməli və məsələlərə ikili standartla yanaşmamalıdır”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Mustafayev də ABŞ-ın səhv addım atdığını vurğulayıb: “Bu qərar ilk növbədə ABŞ-Türkiyə münasibətlərinə, sonra isə ABŞ-ın Yaxın Şərqdəki fəaliyyətinə mənfi təsir göstərəcək. Tarixdə baş verməyən bir hadisəyə belə münasibət bildirməzlər”.
Azərbaycan Yolu Siyasi Hərəkatı (AYSH) isə faktla bağlı etiraz bəyanatı yayıb. Hərəkat baş verənləri Türkiyəyə qarşı qəsd cəhdi kimi qiymətləndirib.
Vətəndaş Həmrəyliyi Partiyası, Azəri-Türk Qadınlar Birliyi də məlum qərarı pisləyən bəyanatla çıxış edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR