Bank Of Baku

Azərbaycan Milli QHT Forumu: “Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin qərarı ABŞ-Azərbaycan münasibətlərinə də xələl gətirəcək”

Azərbaycan Milli QHT Forumu: “Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin qərarı ABŞ-Azərbaycan münasibətlərinə də xələl gətirəcək”
# 11 oktyabr 2007 15:48 (UTC +04:00)
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQHTF) ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində uydurma “erməni soyqırımı” haqqında qətnamə layihəsinin qəbul edilməsi ilə bağlı bəyanat yayıb. Qurumdan APA-ya daxil olan bəyanatda bildirilir ki, qətnamə layihəsinin qəbulu sıralarında 460 təşkilatı birləşdirən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun ciddi narazılığına və təəssüfünə səbəb olub: “Dünyada demokratiyanın, haqq və ədalətin dayağı kimi tanınan bir ölkənin qanunverici orqanının belə bir gözlənilməz, anlaşılmaz addım atması ABŞ-ın regiondakı və dünyadakı nüfuzuna vurulmuş zərbədir. Bu qətnamənin qəbulunun ABŞ-Türkiyə münasibətləri ilə bərabər ABŞ-Azərbaycan əlaqələrinə də xələl gətirəcəyi şübhə doğurmur. Çünki Ermənistanın bütün bəşəriyyətin gözü qarşısında, zaman baxımından daha yaxın olan və heç bir əlavə sübut tələb etməyən 26 fevral 1992-ci il tarixində törətdiyi Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan Milli Məclisinin etdiyi müraciətə ABŞ Konqresi tərəfindən heç bir reaksiya verilmədi. Guya 1915-ci ildə baş vermiş, əslində olmayan soyqırımın tanınması tələbi ilə çıxış edən işğalçı Ermənistan isə nəinki cəzalandırılmır, əksinə, onun əsassız iddiaları təmin olunur”. Forum ABŞ ictimaiyyətinə, Konqres və Senatın bütün üzvlərinə müraciət edərək onları ilk növbədə ABŞ-ın milli maraqlarına zidd olan və bütövlükdə regionda sülh və sabitliyə xələl gətirən bu qətnamə layihəsinin qəbuluna yol verməməyə çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR