Bank Of Baku

Azərbaycan XİN ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı” ilə bağlı qərarını pisləyib

Azərbaycan XİN ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı” ilə bağlı qərarını pisləyib
# 12 oktyabr 2007 18:44 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda Azərbaycan Xarici İşlər Nazirliyi səhv və qərəzli qərarı qəti pislədiyini və bu qərarın regional, qlobal proseslər üçün mənfi hal hesab etdiyini vurğulayıb: “ Azərbaycan dünyanın bu hissəsində Birinci Dünya Müharibəsi zamanı baş vermiş faciələrə dair arxiv sənədlərinin öyrənilməsi haqqında Türkiyənin çağırışını dəstəkləyir.
Azərbaycan özü Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmışdır və buna bariz nümunə yüzlərlə qadın, uşaq və qocanın qətli ilə nəticələnən Xocalı soyqırımıdır. Həmçinin, Ermənistan tərəfindən həyata keçirilən çoxsaylı terror aktlarının və ərazilərinin işğalının qurbanı olan bir ölkə kimi Azərbaycan erməni diasporu və hökumətinin öz cinayətlərini aqressiv təbliğatla necə gizlətdiyinə yaxşı bələddir. Azərbaycan XİN-i ABŞ Konqresinin qərəzsizliyinin və etnik lobbilərin təzyiqi altında olmadığının nümayiş etdirilməsi üçün ABŞ Nümayəndələr Palatasını 106 nömrəli qətnaməni qəbul etməkdən çəkinməyə israrla çağırır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR