Bank Of Baku

Rüstəm Şahsuvarov Azərbaycan Kommunist Partiyası adına iddia edən tərəflərdən birinin sədri seçilib

Rüstəm Şahsuvarov Azərbaycan Kommunist Partiyası adına iddia edən tərəflərdən birinin sədri seçilib
# 15 oktyabr 2007 07:58 (UTC +04:00)
Azərbaycan Kommunist Partiyasının (AKP) 37-ci (bərpasından sonra 4-cü) qurultayı keçirilib. APA-nın məlumatına görə, partiyanın ötən ay vəfat etmiş sədri Ramiz Əhmədovun xatirəsi anıldıqdan sonra qurultay öz işinə başlayıb. Partiyanın sədr müavini Seyidağa Muradov bildirib ki, qurultayda 51 rayon və şəhər təşkilatından seçilən 140 nümayəndədən 124-ü iştirak edib. Qurultaya qatılmayan 7 təşkilat isə Gəncəbasar bölgəsini əhatə edib. Partiyanın fəaliyyəti haqda hesabatla çıxış edən təşkilat şöbəsinin müdiri Ələsgər Xəlilov və digər funksionerlər AKP sədrinin sabiq müavini Rauf Qurbanovun təşkilatda pozuculuq işi ilə məşğul olduqlarını deyiblər. Çıxış edənlər bununla yanaşı R. Qurbanovu partiya rəhbərliyinin əleyhinə qruplaşma yaratmaqda və maliyyə fırıldaqlarında ittiham ediblər. Sonra partiyanın rəhbər strukturlarına açıq səsvermə yolu ilə seçki keçirilib və Rüstəm Şahsuvarov partiyanın sədri seçilib. Bununla yanaşı Seyidağa Muradov birinci, Kamal Hüseynov ideoloji, Rəvayət Cabbarov ümumi, Hacı Hacıyev komissiyalar, Ələsgər Xəlilov isə təşkilatı məsələlər üzrə partiya sədrinin müavinləri seçiliblər. Mirnazim Cəfərov isə Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri seçilib.
Qurultayla bağlı Rauf Qurbanovun rəhbərlik etdiyi AKP-nin Təşkilat Komitəsi isə bəyanatla çıxış edib: “14 oktyabr 2007-ci ildə “AKP qurultayı” adı altında planlaşdırılan tədbir iflasa uğrayacaq və partiyanın fəaliyyət göstərən 48 rayon-şəhər təşkilatından 36-sı Təşkilat Komitəsinin tərkibində fəaliyyət göstərir. Belə olan şəraitdə azlığın ümumi partiya adından qurultay keçirməsinin heç bir hüquqi əsası yoxdur və qurultay legitim hesab oluna bilməz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR