Bank Of Baku

Oktyabrın 21-də ADP Məclisinin iclası keçiriləcək

Oktyabrın 21-də ADP Məclisinin iclası keçiriləcək
# 16 oktyabr 2007 08:09 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) Məclisinin oktyabrın 21-də keçiriləcək toplantısında partiyanın prezident seçkisində iştirakı ilə bağlı istiqamətlər müəyyənləşdiriləcək. ADP sədri Sərdar Cəlaloğlu APA-ya bildirib ki, seçkiqabağı situasiya aydın olmadığından, ADP Məclisində bəzi məsələlərlə bağlı müzakirələr aparılacaq və konkret qərar qəbul olunacaq. S. Cəlaloğlu partiyanın müxtəlif variantlar üzərində müzakirələr apardığını da söyləyib: “Situasiya aydın olmadığından, partiyada bir neçə variant üzərində müzakirələr aparılır. Əsas müzakirələr vahid namizəd, oxşar platformada olan siyasi partiyaların blokunun yaradılması, ADP-nin öz və ya dəstəklədiyi namizədlə seçkiyə qatılması variantları ətrafında aparılacaq. Bu variantların biri seçiləcək. İkinci variant qismən də olsa, həyata keçirilib. Belə ki, oxşar siyasi platformada olan partiyaların blokunun yaradılması istiqamətində bir sıra işlər görülməkdədir. Artıq bu bloka daxil olacaq partiyaların və şəxslərin çərçivəsi də bəllidir. Ancaq bir qədər çətin prosesdir. ADP-də isə daha çox sonuncu variant dəstəklənir. Yəni bir halda ki, biz uzlaşdırıcı bir siyasət aparmaq istəyirik, seçkidə də iqtidarla uzlaşdırıcı mövqedən çıxış edə bilərik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR