Bank Of Baku

Ukrayna Diplomatik Akademiyasının nümayəndəsi Türkiyə və Azərbaycanın Avropa Birliyinə qəbulunu zəruri sayır

Ukrayna Diplomatik Akademiyasının nümayəndəsi Türkiyə və Azərbaycanın Avropa Birliyinə qəbulunu zəruri sayır
# 16 oktyabr 2007 09:30 (UTC +04:00)
“Avropa Birliyi Türkiyə, Ukrayna, Gürcüstan və Azərbaycanı da əhatə edəcək şərqə doğru genişlənmə siyasətini davam etdirməsə, bu təşkilat öz mövcudluğuna son qoymuş olacaq”. APA-nın məlumatına görə, bunu Kiyevdə keçirilən dəyirmi masada Ukrayna Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasının Xarici Siyasət İnstitutunun təmsilçisi Aleksandr Paliy deyib. O bildirib ki, AB tipli qurumlar ya genişlənir, ya da məhv olur: “Ona görə də Avropa Birliyi Ukrayna və Gürcüstanı əhatə edəcək təbii sərhədlərinə çatarsa və quruma Türkiyə və Azərbaycan da qoşularsa, bütöv, həyat qabiliyyətli orqanizmə çevriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR