Bank Of Baku

Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının sədrləri üçün kurslara başlayıb

Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının sədrləri üçün kurslara başlayıb
# 16 oktyabr 2007 10:57 (UTC +04:00)
APA-nın məlumatına görə, kursun başlanmasından əvvəl iştirakçılar Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının konfrans zalında başlayan kursda ilk olaraq akademiyanın prorektoru Əlikram Abdullayev çıxış edib. MSK sədri Məzahir Pənahov isə çıxışında bildirib ki, DSK sədrləri üçün kurslar 4 qrupa bölünməklə 5 gün davam edəcək. Daha sonra kurslar yerlərdə aşağı seçki komissiyalarının üzvləri üçün keçiriləcək. Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə Azərbaycanın demokratiya və Avropaya inteqrasiya yolunu tutduğunu bildirib və bu istiqamətdə seçki komissiyalarının üzvlərinin maarifləndirilməsini vacib sayıb. Daha sonra Ə. Həsənov “Siyasi partiyaların və seçki bloklarının seçkilərdə (referendumlarda) iştirakının əsasları” mövzusunda mühazirə ilə çıxış edib. Kursun sonrakı günlərində Milli Məclisin komissiya sədrləri Ziyafət Əsgərov, Arif Rəhimzadə, Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov, baş prokurorun birinci müavini Rüstəm Usubov və digərləri mühazirə söyləyəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR