Bank Of Baku

Əli Həsənov: “Dövlət qurumlarının mətbuat xidmətlərinin vahid əsasnaməsi hazırlanır”

Əli Həsənov: “Dövlət qurumlarının mətbuat xidmətlərinin vahid əsasnaməsi hazırlanır”
# 16 oktyabr 2007 09:31 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Ölkədə fəaliyyət göstərən qurumların mətbuat xidmətlərinin rəhbərlərinin də müəyyən təkliflərlə çıxış etdiklərini deyən Ə. Həsənov yaxın zamanlarda əsasnamənin hazır olacağını qeyd edib. Ötən il mətbuat xidmətlərinin fəaliyyətin yaxşılaşdırılması ilə bağlı mərkəzi və yerli icra orqanlarının ictimaiyyətlə əlaqələr və mətbuat xidmətləri üçün xüsusi kurslar və seminarlar təşkil etdiklərini xatırladan Ə. Həsənov bu tədbirlərdə jurnalist ictimaiyyətinin nümayəndələrinin də iştirak etdiyini bildirib: “Burada əsas məqsəd ondan ibarətdir ki, həm azad mətbuatın dairəsi genişlənsin, mətbuatın dövlət orqanları ilə əlaqələri yaxşılaşsın, dövlət orqanlarının fəaliyyəti ilə bağlı informasiya almaq imkanları asanlaşsın, həm də mətbuatın peşəkarlığı artsın”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR