Bank Of Baku

Məzahir Pənahov: “Hesab edirəm ki, siyasi partiya həmişə seçkiyə hazır olmalıdır”

Məzahir Pənahov: “Hesab edirəm ki, siyasi partiya həmişə seçkiyə hazır olmalıdır”
# 16 oktyabr 2007 10:30 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib. Partiyanın işinin yalnız seçkidə iştirak etməkdən ibarət olduğunu bildirən M. Pənahov buna görə də məlum qərarın normal olduğunu qeyd edib: “Mən də hesab edirəm ki, siyasi partiya həmişə seçkiyə hazır olmalıdır. Hazırda seçkilərə bir ildən az vaxt qalır. Cəmiyyətdə də bu məsələyə sosial sifariş var, insanları maraqlandırır. Buna sevinirəm, siyasi partiyalar da bu istiqamətdə müəyyən addımlar atmaqla düzgün mövqe tutublar”. Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə bəzi siyasi qüvvələrin seçkiləri boykotla bağlı təklifləri haqda indidən danışmağın tez olduğunu bildirib. Onun sözlərinə görə, seçkilərə kifayət qədər vaxt var və bu müddətdə Seçki Məcəlləsi ilə bağlı onların iştirakı ilə müzakirələr aparılacaq: “ Venesiya Komissiyasının nümayəndələri, Azərbaycanı hakimiyyəti, parlament, o cümlədən siyasai partiyaların nümayəndələri ilə birgə Seçki Məcəlləsinin ayrı-ayrı məqamları müzakirə olunacaq, təkliflər səslənəcək. İndidən boykotla bağlı qeyri-ciddi bəyanatlara münasibət bildirmək istəmirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR