Bank Of Baku

Əli Həsənov: “Hakimiyyətin təklifi demokratik, azad və ədalətli seçkilər keçirməkdən ibarətdir”

Əli Həsənov: “Hakimiyyətin təklifi demokratik, azad və ədalətli seçkilər keçirməkdən ibarətdir”
# 16 oktyabr 2007 10:45 (UTC +04:00)
“Avropa Şurasında hansısa bir deputatın fikri bu qurumun təklifi hesab oluna bilməz. Və yaxud Azərbaycanda hansısa siyasi partiya üzvünün mətbuatda bəyanat verməsi partiyanın mövqeyi kimi qəbul edilməməlidir”. APA-nın məlumatına görə, bu fikirləri Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov seçki komissiyalarının paritet əsaslarla təşkili ilə bağlı Avropa Şurasının təkliflə çıxış etməsi barədə sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, kimin hansı təkliflə çıxış etməsini mətbuatdan öyrənmək olmaz: “Təəssüf ki, bu gün mətbuatda yalan informasiyalar dərc olunur. Real təkliflər hakimiyyətə daxil olur və bunların müzakirəsi üçün görüşlər keçirilir. Növbəti görüşlərdə belə təkliflər olacaqsa, ona da baxılacaq. Hakimiyyətin təklifi demokratik, azad və ədalətli seçkilər keçirməkdən ibarətdir. Əgər istənilən təklif buna xidmət edəcəksə, hökumət bunu qəbul etməyə hazırdır. Yox, əgər hansısa təklif demokratik seçkilərin taleyini hansısa ambisiyalı təşkilatın fəaliyyətindən asılı salacaqsa, biz buna “yox” deyəcəyik”. Qeyd edək ki, noyabrın 9-da Venesiya Komissiyası ilə hökumət, siyasi partiyalar arasında Seçki Məcəlləsini müzakirəsi ilə bağlı dəyirmi masa keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR