Bank Of Baku

Əli Həsənov: “Majoritar sistem partiyaların rolunun azalmasına heç bir təsir göstərmir”

Əli Həsənov: “Majoritar sistem partiyaların rolunun azalmasına heç bir təsir göstərmir”
# 16 oktyabr 2007 11:03 (UTC +04:00)
“Proporsional seçki sisteminin ləğvi referendum yolu ilə həll olunub və indiki halda bununla bağlı yalnız təklif vermək olar”. APA-nın məlumatına görə, bu fikirləri Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söyləyib. Hazırda Azərbaycanda keçirilən seçkilərdə majoritar sistemin tətbiq olunduğunu bildirən Ə. Həsənov bu sistemin öz-özlüyündə pis seçki sistemi olmadığını vurğulayıb: “Majoritar sistem dünyada ən demokratik, seçənlə seçilən arasında təmasın intensiv olduğu bir seçki sistemidir”. Ə. Həsənov proporsional seçki sisteminin növbəti prezident seçkilərinə kimi bərpasının mümkün olmadığını qeyd edib. Majoritar sistemin siyasi partiyaları zəiflətməsi ilə bağlı fikirlərə gəldikdə, Ə. Həsənov bu iddianın doğru olmadığını vurğulayıb: “Bu fikirləri Seçki Məcəlləsini bilməyən insanlar deyə bilər. Məcəlləyə görə, seçkilərin majoritar və proporsional sistemlə keçirilməsindən asılı olmayaraq, burada partiyaların bir institut kimi rolu saxlanılıb. Seçkidə partiyalar siyahılarını mərkəzləşmiş şəkildə dairələrə təqdim edirlər. Ona görə də majoritar sistem partiyaların rolunun azalmasına heç bir təsir göstərmir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR