Bank Of Baku

Məzahir Pənahov: “Dağlıq Qarabağda vaxtaşırı seçki oyunları təşkil olunur”

Məzahir Pənahov: “Dağlıq Qarabağda vaxtaşırı seçki oyunları təşkil olunur”
# 16 oktyabr 2007 11:55 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov erməni separatçılarının Dağlıq Qarabağda oktyabrın 14-də keçirdiyi bələdiyyə seçkilərinə münasibət bildirərkən deyib. M. Pənahovun sözlərinə görə, separatçı qüvvələr bu kimi addımları yalnız gündəmdə qalmaq üçün atır. MSK sədri beynəlxalq qurumların belə qeyri-qanuni addımlara münasibətinin çox sərt olduğunu vurğulayıb: “Hətta bir sıra qurumlar bu məsələdə Azərbaycanı belə qabaqlayıb sərt reaksiyalar verirlər. Bu cür oyunbazlıqlar problemlərin həlli ilə məşğul olan tərəflərə ciddi maneçilik törətməkdən başqa bir məqsədə yönəlməyib. Azərbaycan ictimaiyyəti bu məsələdə təmkinli olmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR