Bank Of Baku

Sabah qeyri-hökumət təşkilatları ilə işləyəcək dövlət qurumunun yaradılmasına həsr olunmuş növbəti müzakirələr keçiriləcək

Sabah qeyri-hökumət təşkilatları ilə işləyəcək dövlət qurumunun yaradılmasına həsr olunmuş növbəti müzakirələr keçiriləcək
# 16 oktyabr 2007 11:58 (UTC +04:00)
Qeyri-hökumət təşkilatları ilə işləyəcək dövlət qurumunun yaradılması ilə bağlı sabah Prezident yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq qeyri-hökumət təşkilatlarının (QHT) iştirakı ilə növbəti müzakirələr keçiriləcək. APA-nın məlumatına görə, bu barədə Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məlumat verib. Onun sözlərinə görə, ölkə başçısının imzaladığı konsepsiya üzərində iş gedir və bu sənəddə qurumun yaradılmasının prinsipləri müəyyən olunub: “Sabah keçiriləcək görüşdə beynəlxalq QHT-lərlə birgə bu məsələni müzakirə edəcəyik. Bizim də hazırladığımız müəyyən təkliflər var. Noyabrın sonuna qədər bu təkliflər ortaya qoyulacaq. Həm bu qurumun yaradılması, həm QHT-lərin dövlət büdcəsindən maliyyələşməsinin mexanizmləri həmin təkliflərdə öz əksini tapacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR