Bank Of Baku

Xəzər İbrahim: “Dağlıq Qarabağda keçirilən bələdiyyə seçkilərini heç bir beynəlxalq təşkilat tanımır”

Xəzər İbrahim: “Dağlıq Qarabağda keçirilən bələdiyyə seçkilərini heç bir beynəlxalq təşkilat tanımır”
# 16 oktyabr 2007 12:06 (UTC +04:00)
Onun sözlərinə görə, heç bir beynəlxalq bu seçkiləri tanımır, çünki qeyd olunan ərazinin hansısa ayrıca statusu yoxdur. ABŞ Konqresinin aşağı palatasının xarici əlaqələr komitəsində qondarma “erməni soyqırımı” haqqında qanun layihəsinin çıxarılmasına münasibət bildirən Xəzər İbrahim “Washinqton Post” nəşrinin dünənki sayında redaktorlardan birinin yazdığı məqalədən sitat gətirib: “Erməni diasporası ABŞ hökumətinə bu cür sənədlər təqdim etmək əvəzinə diqqəti Ermənistandakı vəziyyətə, demokratiya, insan hüquqları və korrupsiya problemlərinə ayırsa, daha yaxşı olar. Bu fikirlər göstərir ki, qeyd olunan qanun layihəsinə ABŞ-ın özündə də birmənalı mövqe mövcud deyil”. XİN təmsilçisi Azərbaycan hökumətinin Xocalı soyqırımı ilə əlaqədar bir sıra tədbirlər keçirdiyini qeyd edib: Belə tədbirlərdən biri bir neçə ilə əvvəl ABŞ Konqresində keçirilib. Analoji tədbirlər bundan sonra da davam etdiriləcək”. Xəzər İbrahim ABŞ hökumətinin Dağlıq Qarabağdakı separatçı rejimə rəsmi şəkildə maliyyə yardımı göstərməsinə də münasibət bildirib: “Belə düşünmək lazım deyil ki, ABŞ administrasiyası Dağlıq Qarabağa böyük miqdarda maliyyə yardımı ayırır. Düzdür, ABŞ Ermənistana və Azərbaycana müəyyən miqdarda maliyyə yardımı göstərir. Amma Dağlıq Qarabağa əsas maliyyə yardımı erməni diasporası tərəfindən göndərilir. Bundan başqa USAİD təşkilatı da humanitar layihələr çərçivəsində Dağlıq Qarabağda müəyyən layihələri maliyyələşdirir, lakin təşkilat bu vəsaitini hara xərclənməsi ilə əlaqədar Azərbaycan hökumətini rəsmi şəkildə məlumatlandırır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR