Bank Of Baku

Yaqub Abbasov: “Rəsul Quliyev prezident seçkilərində namizədliyini irəli sürəcək”

Yaqub Abbasov: “Rəsul Quliyev prezident seçkilərində namizədliyini irəli sürəcək”
# 16 oktyabr 2007 12:31 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyası (ACP) sədrinin müavini Yaqub Abbasovun ABŞ-a səfəri başa çatıb. Sədr müavini APA-ya verdiyi açıqlamada bildirib ki, səfər çərçivəsində o, partiya lideri Rəsul Quliyevlə ilə bir sıra məsələlər ətrafında müzakirələr aparıb. Əsas müzakirələr isə Azərbaycandakı ictimai-siyasi vəziyyətlə bağlı olub: “Seçkiqabağı ərəfədə müxalifət düşərgəsində yaranmış qeyri-müəyyənlik, ənənəvi mübarizə üsullarının effekt verməməsi barədə fikir mübadilələri oldu. Həmçinin, partiyanın aktiv fəaliyyət proqramı, Rəsul Quliyevin ölkəyə qayıtması yolları ilə bağlı müəyyən təkliflər müzakirə edildi”. Y. Abbasov onu da bildirib ki, indiki mərhələdə partiya liderinin və ACP-nin qarşısında duran əsas vəzifə müxalifətin vahid şəkildə mübarizə aparıb, seçki mühitinin dəyişməsi, seçki islahatlarının aparılmasına nail olmasıdır: “Seçkilərdə təbii ki, Rəsul Quliyevin prezidentliyə namizədliyi irəli sürüləcək. Çünki partiyanın qurultayı onun namizəd olması barədə qərar qəbul edib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR