Bank Of Baku

Arif Hacılı: “Seçki kampaniyasında əsas ideyamız vahid namizədlik üzərində qurulmayacaq”

Arif Hacılı: “Seçki kampaniyasında əsas ideyamız vahid namizədlik üzərində qurulmayacaq”
# 16 oktyabr 2007 13:39 (UTC +04:00)
Müsavat Partiyasının Bakı şəhər və ərazisi işğal olunmuş rayon təşkilatlarının müşavirəsi keçirilib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, iclas partiya Məclisinin 2008-ci il prezident seçkilərində iştirak etməklə bağlı qərarına uyğun olaraq seçkilərə hazırlıq məqsədilə keçirilib. Müşavirədə seçkilərə hazırlıqla bağlı rayon təşkilatlarına müvafiq tapşırıqlar verilib: “Artıq seçkiyə hazırlıqla bağlı iş planı layihələri hazırlanıb və yaxın zamanlarda təsdiq olunacaq. Eyni zamanda yaxınlarda partiyada seçki qərargahı yaradılacaq və qərargah daimi fəaliyyət göstərib seçkiyə hazırlıq işlərinə rəhbərlik edəcək”. A. Hacılı partiyanın yerli təşkilatlarının zona müşavirələrinin keçiriləcəyini və strukturların möhkəmlənməsi istiqamətində iş görüləcəyini qeyd edib. İsa Qəmbərin namizədliyinin dəstəklənməsi üçün digər partiyalarla danışıqların aparılıb-aparılmayacağına gəldikdə, A. Hacılı bildirib ki, hər hansı siyasi-ictimai təşkilat partiya başqanının namizədliyini dəstəkləyəcəksə, buna müsbət yanaşacaqlar: “Amma seçki kampaniyasında əsas ideyamız vahid namizəd yox, vahid elektorat ideyası olacaq. Bütün protest elektoratının İsa Qəmbərə səs verməsinə çalışacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR