Bank Of Baku

Müxalifət oktyabrın sonuna kimi Seçki Məcəlləsi ilə bağlı vahid layihə hazırlayacaq

Müxalifət oktyabrın sonuna kimi Seçki Məcəlləsi ilə bağlı vahid layihə hazırlayacaq
# 16 oktyabr 2007 14:16 (UTC +04:00)
Altı müxalifət partiyası Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı müzakirələri oktyabrın sonuna kimi yekunlaşdıracaq. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, “altılıq” sənədin layihəsini hazırlayıb və digər siyasi qüvvələrlə məsləhətləşmələr aparılıb təkliflər uyğunlaşdırılacaq. Müxalifət, hakimiyyət və Venesiya Komissiyasının mümkün qədər vahid sənədlə danışıqlara getməsini vacib sayan S. Cəlaloğlu “altılığ”ın növbəti görüşündə sənədin təsdiq olunması nəzərdə tutulduğunu qeyd edib: “Biz çalışacağıq ki, noyabrın 9-na kimi vahid sənəd hazırlayaq”. S. Cəlaloğlu yeni layihədə əsas istiqamətin seçki komissiyalarının paritet əsaslarla formalaşması olmadığını da qeyd edib: “Bütün diqqəti paritet əsaslara yönəltmək düzgün olmaz. Seçki yalnız komissiyalardan asılı olmamalıdır. Gürcüstan təcrübəsi də göstərdi ki, komissiya üzvləri müxalifətdən olduqda belə total saxtalaşdırma baş verir. Bu gün seçki komissiyaların formalaşmasında iştirak etmək iddiasında olan partiyaların demək olar ki, hamısının nümayəndələri vaxtilə satqın çıxıb. Ona görə də seçkinin taleyi adamların öhdəsinə buraxılmamalı, elə prosedur düşünülməlidir ki, ümumiyyətlə, seçki saxtakarlığı olmasın”. S. Cəlaloğlu həmçinin hakimiyyətin qanunda böyük dəyişikliklər edəcəyinə ümid etmədiyini də bildirib: “Amma böyük dəyişikliklər zəruridir”.
Qeyd edək ki, “altılıq”da Müsavat, Demokrat, Milli İstiqlal, Sosial Demokrat, Tərəqqi partiyaları və “Azərbaycan Naminə” İctimai Forum təmsil olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR