Bank Of Baku

Azərbaycan Milli Məclisinin 1-ci vitse-spikeri: “Güman etmirəm ki, qondarma “erməni soyqırımı” layihəsi ABŞ Konqresində qəbul olunsun”

Azərbaycan Milli Məclisinin 1-ci vitse-spikeri: “Güman etmirəm ki, qondarma “erməni soyqırımı” layihəsi ABŞ Konqresində qəbul olunsun”
# 16 oktyabr 2007 14:27 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin 1-ci vitse-spikeri Ziyafət Əsgərov deyib. O, ABŞ Administrasiyası və Dövlət Departamentinin bu cür qətnamələrin Konqres səviyyəsində qəbul olunmasına gedəcəyinə inanmadığını bildirib. Z. Əsgərov bu addımın hər şeydən əvvəl ABŞ-Türkiyə münasibətlərinə ciddi zərbə vura biləcəyini deyib. O, ABŞ-la Türkiyənin çox yaxşı tərəfdaş olduğunu söyləyib: “Güman etmirəm ki, qondarma “erməni soyqırımı” layihəsi Konqresdə qəbul olunsun. Belə bir sənədin qəbul olunması ABŞ-Türkiyə münasibətlərinin həddindən artıq gərginləşməsinə gətirib çıxara bilər”. Bu məsələnin Milli Məclisdə müzakirə olunmasına gəlincə, Z. Əsgərov parlamentin kollegial orqan olduğunu, hansısa deputatın istənilən məsələyə münasibətini bildirməsinin mümkünlüyünü vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR