Bank Of Baku

ALP: “Seçki komissiyaları son seçkilərdə 60-dan çox namizədi qeydə alınmış partiyalardan formalaşdırılmalıdır”

ALP: “Seçki komissiyaları son seçkilərdə 60-dan çox namizədi qeydə alınmış partiyalardan formalaşdırılmalıdır”
# 16 oktyabr 2007 14:50 (UTC +04:00)
“Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq haqqında” qanuna dəyişikliklər edilməsə, Azərbaycan Liberal Partiyası növbəti prezident seçkilərində iştirak etməyəcək”. Bu açıqlamanı APA-ya Azərbaycan Liberal Partiyasının İcraiyyə Komitəsinin sədri Elman Məmmədzadə verib. O, ALP-nın Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı bir sıra təkliflər irəli sürdüyünü deyib. Həmin təkliflərdə seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşdırılması məqsədi ilə Bakıda akkreditə olunmuş beynəlxalq təşkilatların və son seçkilərdə 60-dan çox namizədi qeydə alınmış siyasi partiyaların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması nəzərdə tutulur. E. Məmmədzadə Mərkəzi Seçki Komissiyasının bu işçi qrupun tövsiyələri əsasında formalaşdırılmalı olduğunu söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR